Sabahlarımızı məhv edirlər- Köşə

Sabahlarımızı məhv edirlər- Köşə

 Son zamanlarda insanlığın öldüyünə dair bir neçə faktları gösdərmək olar.Ən başlıcası isə uşaq olümünü.Uşaqlar niyə safa olur?Çünki onların dini, idealogiyası, milliyyətçiliyi,siyasi mövqeyi olmur.Onlar sadəcə gülmək,oynamaq,yaşamaq, Ana qoynunda rahat yuxuya getmək istəyən məhsum varlıqlardır.O varlıqlar ki, bu dünyada insanlığını itirmişlər heç acımadan məhv edir. Hər gün oxuduğum xəbərlərdə nə qədər uşaqların öldüyünü biləndə bir daha əmin oluram ki,insanlıq deyilən bir şeyin sadəcə adı qalıb.Uşaqların öldürülməsi ilə bağlı araşdırma apardıqda gördüyüm rəqəmlər beynimi dondurdu.1990-cı ildə 12 milyon,2012-ci ildə 6,6 milyon uşaq olüb.BMT bu ölümləri müxtəlif xətəliklərlə bağlayır,pnevmaniya,diareya və malyariya.Bəs bugün ki,uşaq ölümləri odamı xəstəliklə bağlıdır?Əgər bu günümüzdə müharibədən 2 milyon uşaq ölürsə, 4 milyon uşaq şikəst olursa o zaman 1924-cü ildə qəbul edilmiş bəyənnamədə hansındakı deyilirdi:"Bəşəriyyət məcburdur ki, uşaqları ən yaxşı şeylərlə təmin etsin"nəyə yarayır?.Əgər qarşıdurmalar əsnasında uşaqların yarısı birbaşa vurularaq,yarısı isə aclıq və xəstəlik səbəbiy ilə öldürülürsə.Bu qərarın xeyri nədir?Müharibələr və dini etnik qarşıdurmalar zamanı uşaqları öldürməklə yanaşı bu vəhşi yaratıqlar, qızuşaqlarına təcavüz edir, onlara qarşı istismar tətbiq edirlər, oğlanuşaqlarını isə müxtəlif işgəncə ilə öldürür.Buda onu sübüt edir ki ən vəhşi canlı insandır.Bizə daha yaxın tarixə baxsaq Xocalı, Kərkük qətliamında, Liviyada Fələstində gedən amansız döyüşlərdə ölən uşaqların dəqiq sayı da bilinmir.Somalidə 3 ay ərzində 5 yaşına çatmayan 29 min uşaq oldu.Beslan hadisələri zamanıda zərər çəkən varlıqlar yalnız uşaqlar oldu.Saymaqla bitməyən terror hadisələrində,bəzi qüvvələrin əli ilə başlanan müharibələrdə ölən uşaqlara, yaradılmış və yararsız olan təşkilatlar ya susur yada ki, faydasız qərarların verir çünki faydalı olsaydı ən azından bu qətliamların qarşısı alınardı.Hər bir uşağın ölümü bir yeni birfikrin,yaradıcılığın,rəssamlığın,musiqinin,həkimliyin,müəllimliyin,mühəndisliyin,siyasətin ölümüdür.Çünki körpələr bizim açılmamış sabahlarımızdır.Biz isə sabahlarımızı çox rahat şəkildə məhv etdiririk.Açılmasına imkan vermədən belə. Bizdə susuruq.Sosial şəbəkələrdə üzgün smaliklərlə etiraz edirik.Və nəqədər ki, etiraz yolumuz budur sabahlarımızı məhv edəcəklər.

Zeynəb Əkbər

Xəbər lenti