Şanlı tariximizə qərəzli münasibətlər: ARAŞDIRMA

Şanlı tariximizə qərəzli münasibətlər: ARAŞDIRMA

Bəşər tarixinin ilkin mərkəzlərindən biri sayılan vətənimiz Azərbaycan Respublikasının ərazisi Tarix boyu həm yerli xalqların yaratdığı dövlətlərin, həm də başqa dövlətlərin tərkibində olmuşdur.Müxtəlif vaxtlarda müxtəlif dövlət və xalqların hücumlarına məruz qalan dövlətimizin- maddi mədəniyyət nümunələri məhv edilmiş, epiqrafik abidələri təhrif olunmuş və ya tamamilə yox edilmişdir. Bu cür təhrif olunmalar sonralarda bu günədək davam etməkdədir. Ən təəssüfləndiricisi odur ki,bu təhrif olunmalara Tarixçilərimiz laqeyd yanaşır və kütləvi oxucunun təlabatı olan kitablarda bəzi məlumatlar təhrifçilərin istədiyinə uğun şəkildə verilir.Məsələn: "Azərbaycan tarixi” adlı istənilən kitaba baxsaq, orada Səfəvi ilə Osmanlı arasında bağlanan müqavilələrdə Ermənistanın bölünməyi ilə əlaqədar fakt var. "Şərqi Ermənistan Səfəvilərə-Qərbi Ermənistan Osmanlıya çatdı”.Halbuki həmin dövrdə Ermənistan adlı dövlət və ərazi olmayıb.
Başqa bir yanlışlıq-Tarix kitablarımızın hamısında "İran” adının işlədilməsidir.Heç XX əsrə qədər İran adlı dövlət yox idi.Bu adın "Farsların dövləti”- nə verilməsinin ən əsas səbəbi bu coğrafiyada yaşayan Azərbaycan türklərini öz milli keçmişindən ayırmaq və onları itaətdə saxlamaq olub. Əgər bu hal Avropa xalqlarından birinə və ya ruslara qarşı olsaydı məncə, nə Avropa tarixçiləri, nə də Rus tarixçiləri bizim kitablarımızdakı səhvi etməzdilər.
Əsas odur ki,bundan sonra bu cür yanlışlıqlara yol verməyək.Öz tariximizə vətənpərvər kimi yanaşaq,nəinki Azərbyacan ərazisinə heç Qafqaza aidiyyatı olmayan bir xalqı vaxtından tez tariximizə soxmayaq və İran adınıda aid olduğu vaxtdan(yəni- 1935-ci ildən) işlədək.
İndi isə Tariximizdə mübahisəli olan bir-iki məsələyə toxunaq. Azərbaycan tarixinin ən çox mübahisə doğuran problemlərindən biri Albaniya dövlətidir. Erməni tarixçilər Ərəblərin Qafqazı tutmasından sonra saxtalaşdırılmış Alban abidələrini əsas gətirərək Albaniya abidələrini erməni abidələri kimi dünyaya tanıtmaq istəyirlər.Təkcə abidələr deyil, həm də Albaniyanın bəzi qərb vilayətlərinində iddiasındadırlar.Bu mənfur siyasətin qarşısını Qafqaz Albaniyası tarixinə aid, 1962-ci ildə Bakıda nəşr olunan "Qafqaz Albaniyası tarixi məsələləri”toplusu, Z.İ.Yampolskinin "Qədim Albaniya” adlı monoqrafiyası, K.H.Əliyevin 1974-cü ildə "Qafqaz Albaniyası” adlı monoqrafiyası, F.Məmmədovanın "Qafqaz Albaniyası və albanlar” kitabı və s. uğurla kəsmişdir. Sübut olunmuşdur ki, Qafqaz Albaniyası Azərbaycanın tarixi ərazisində yaranmış-Azərbaycan dövlətidir.
Başqa bir qərəzli münasibət Azərbaycan(türk) dilinə və Azərbaycan adına qarşı İran tarixçilərinin fikirləridir.İran(fars) tarixçiləri yazırlar ki, "Azərbaycan(türk) dilinin formalaşması Səlcuq türklərinin Qafqaza gəlişi ilə başlayıb,monqolların gəlişindən sonra başa çatmışdır. "Azərbaycan” adının isə XI əsrdən işləndiyini deyirlər”. Fars tarixçilərin bu yazdıqlarının düzgün və ya səhv olduğunu anlamaq üçün bu məlumatı-"Səlcuq türklərinin 1015-ci ildə Cağrı bəyin başçılığı altına Van gölü ətrafı ərazilərə kəşfiyyat dəstələri gəlir.Onlar bu ərazilərdəki türk tayfalarının Bizans-erməni-gürcü qoşunlarının basqınlarından əziyyət çəkdiklərinin şahidi olurlar.Tezliklə Səlcuqlar Azərbaycana gəlirlər və o dövrdə mövcud olan Rəvvadilər və Şəddadilər dövləti ilə Bizans-erməni və gürcülərə qarşı ittifaq yaradırlar.Bu ittifaq heç də təsadüfən olmamış,bu dövlətlərin əhalisinin əsas hissəsini türklər təşkil etmiş və Səlcuq türkləri ilə ittifaqa razı olmuşlar .Azərbaycan adı isə heç şübhəsiz Ərəblərin gəlişindən öncədə olmuş və ilk dəfə ərəb mənbələrində bu ada (Azərbican formasında) rast gəlinmişdir” -bilmək kifayətdir.
Başqa bir mübahisə doğuran məsələ Səfəvilər tarixidir.Mən sırf Səfəvilər tarixinə aid dörd-beş kitab oxumuşam.(həm bədii,həm elmi).Bu kitabların bəzilərində Şah İsmayıl tərif olunur və"Səfəviyyət dönəmi” Azərbaycan tarixi üçün şanlı dövr kimi,bəzilərində isə pislənir və bu dönəm fəlakət kimi verilir. Yəni,müsbət və mənfi hesab edənlər var.
Müsbət yanaşanların fikrincə "Şah İsmayıl”-həm gözəl şair,həm Azərbaycan dilini ilk dəfə dövlət səviyyəsinə qaldırmış dövlət başçısı,həm də regionda sabitlik yaratmış-Azərbaycanı şimallı cənublu vahid dövlətdə birləşdirmiş lider idi.
Mənfi yanaşanların fikrincə isə "Şah İsmayıl”- qəddar insan,zalım hökmüdar,lovğa sərkərdə,İslam dininin bölünməsində günahkar şəxs,İrançılığın əsasını qoyan və Azərbaycan türklərini fars molla rejminin köləliyinə salan-"imamzadə” idi.Şüubiliyin yetişdirdiyi İsmayıl özünü zühuru gözlənən 12-ci imam Mehdi zənn edirdi.Tarixdə misli görünməmiş qətllər törətdi.Şah İsmayılın qırğınları və məhv etmələri bəşəriyyətin yaşı qədər bu coğrafiyada izi olan Türk kimliyini XVI əsrdə farslara təslim etdi.(Səfəvilər-Güntay Gəncalp)
Bəs görəsən kim düzgün mövqedən çıxış edir? Tarix boyu böyük şəxsiyyətlər haqqında həm müsbət,həm də mənfi yanaşmalar olub və olacaqda.Belə hallarda hər kəsin öz düşüncəsi,öz fikirləri və özünün məsələyə münasibəti əsasdır.Mənim yanaşmamca "Şah İsmayıl”-Türk dünyasının böyük şəxsiyyəti,həqiqət mücahidi,Azərbaycançılığın və ən əsası "qisasçılıq” siyasətimizin əsasını qoyan liderdir.Şah İsmayılın Bakıda,Şamaxıda,Təbrizdə və s. qətl etdiyi insanları və dağıtdırdığı şəhərləri əldə bayraq edib,onu qəddar çıxarmaqdansa,onları niyə görə etdiyini öyrənmək lazımdır.İsmayıl hər şeydən öncə öz ailəsinin qisasın alırdı və biz,bu gün, bu qisasçılığı vəhşilik kimi deyil,düşməndən qisas almağa borclu olan gəncliyimizə nümunə kimi təqdim edək.

Faktlarda istifadə olun ədəbiyyatlar:
1.Azərbaycan tarixi(VII cillddə-II cild)-Bakı, 2007
2.Abdulla Fazili. Azərbaycanın qədim və erkən orta əsrlər tarixi İran tarixşunaslığında-Bakı,1985
3.V.Z.Priyev. Azərbaycanın tarixi coğrafiyası-Bakı,2002
4.N.Ə.Əhmədova.Qafqaz Albaniyası tarixinin problemləri-Bakı,2014
4.Oqtay Əfəndiyev.Azərbaycan Səfəvilər dövləti-Bakı,2007
5.Güntay Gəncalp.Səfəvilər,Tarixin pərdə arxası

Müəllif: ADPU-nin Tarix fakültəsinin  II kurs tələbəsi Vasif Zeynallı    (Vasif Vaqifoğlu)

Xəbər lenti