Say artır: 90 ölü, 154 yaralı, 1374 həbs - YENİLƏNİB

Say artır: 90 ölü, 154 yaralı, 1374 həbs - YENİLƏNİB

10:54

AzeriTimes.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə hərbi çevriliş zamanı ölən və yaralananların sayı artır. Son məlumatlara görə, ölənlərin sayı 90-a, yaralananların sayı isə 154-ə çatıb.  

----------

10:33

AzeriTimes.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, son məlumatlara əsasən, 1374 nəfər həbs edilib. Əvvəlki məlumatlara görə, bu rəqəm 754 idi.

----------

09:49

Şənbə günü gecə Türkiyədə hərbi çevrilişə cəhd edilib.

AzeriTimes.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, çevrilişə cəhd nəticəsində 60 nəfər ölüb, 754 nəfər Türkiyə Silahlı Qüvvələri mənsubu həbs edilib, 5-i general, 29-u polkovnik olmaqla 34 nəfər vəzifəsindən uzaqlaşdırılıb.

Xəbər lenti