Şərtləri razılaşdırdı, Fransada qalır

Şərtləri razılaşdırdı, Fransada qalır
Böyük ehtimalla, Mario Balotelli karyerasını Fransada davam etdirəcək. 
Kaspi.az xəbər verir ki, Mario "Marsel”lə müqavilə bağlamaq üzrədir. Məlumata görə, italyan futbolçu uzun danışıqlardan sonra "Marsel”lə bütün şərtləri razılaşdırıb. 
O da xəbər verilir ki, Balotelli gün ərzində "Nits” ilə müqaviləsinə xitam verəcək və yeni klubu ilə anlaşmanı imzalayacaq. Marionun "Nits”a ilə müqaviləsi bu ilin yayında başa çatırdı. 
"Marsel” Balotellini hələ ötən ilin yayında transfer etmək istəyirdi. Ancaq həmin vaxt keçid baş tutmamışdı. 

Xəbər lenti