Səudiyyə Ərəbistanı şahzadələri itkin düşüblər

Səudiyyə Ərəbistanı şahzadələri itkin düşüblər
İstanbulda yerləşən Səudiyyə Ərəbistanı konsulluğunda itkin düşən jurnalist Camal Qaşıqçı ötən illərdə yoxa çıxmış nüfuzlu səudiyyəli şəxsləri yada salıb.

Qaynarinfo Haber 7-yə istinadən xəbər verir ki, dövrünün Səudiyyə Ərəbistanı kralı olan Fəthin qardaşı oğlu, müxalif mövqeyi ilə bilinən Şahzadə Sultan İbin Türki 2003-cü ildə maskalı şəxslər tərəfindən İsveçrəyə qaçırılıb. Onu qaçıran isə yaxın qohumu Şahzadə Əbdüləziz olub. 2010-cu ildə müalicə məqsədilə ABŞ-a gedən və oradan Avropaya qaçan Sultan 2016-cı ildə Səudiyyə kəşfiyyatı tərəfindan Parisdən qaçırılıb. 

Şahzadə Türki İbin Bəndər ölkəsində bir müddət həbsdə qalandan sonra Avropaya köçüb və kral ailəsinə qarşı müxalif fəaliyyətinə davam edib. Türki, 2015-ci ildə Mərakeşdən Fransaya qayıdan zaman polis tərəfindən saxlanılıb. Onun Səudiyyə Ərəbistanına təhvil verildiyi təxmin edilir.

Livanın baş naziri Rəfiq Həriri Səudiyyənin paytaxtı Riyadda bir müddət saxlanıldı və istefa verəndən sonra sərbəst buraxıldı.

İtaliyada yaşayan və Misirdə hərbi çevrilişə dəstək verən Şahzadə Səud İbin Saif əl-Nəsr Səudiyyə kəşfiyyatı tərəfindən oğurlanıb.

Qadın hüquqlarına verdiyi dəstəklə bilinən Loujain al Hathloul Birləşmiş Ərəb Əmirliklərindən oğurlanıb və hazırda ölkəsində həbsdə saxlanılır.

Gülşən

Xəbər lenti