Stiven Houkinqin sonuncu elmi məqaləsi yayımlandı

Stiven Houkinqin sonuncu elmi məqaləsi yayımlandı
Mart ayında vəfat edən dünya şöhrətli ingilis fizik Stiven Houkinqin sonuncu elmi məqaləsi dərc edilib.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, məqalə fizikin ölümündən 1 gün əvvəl tamamlanıb. Yazı kainatda mövcud olan qara dəliklərin informasiya paradoksu, yəni dəliklərin üzərinə düşən cismlərə aid informasiyaları necə saxlaması barədədir. Böyük qravitasiya qüvvəsinə sahib olan dəliklər cismləri, informasiyanı udur. Paradoks udulan informasiyanın itməməsi, keçmişdə mövcud olması və onu bərpa etməyin mümkünlüyü barədədir. 

Klassik fizikada isə bildirilir ki, heç nə, hətta işıq belə qara dəlikdən xilas ola bilməz.

Gülşən

Xəbər lenti