Tbilisi yaxınlığındakı Koroğlu qalası turizm obyektinə çevriləcək

Tbilisi yaxınlığındakı Koroğlu qalası turizm obyektinə çevriləcək

Tbilisi. 10 yanvar. / Gürcüstan paytaxtı Tbilisi yaxınlığında daha bir turistik obyekt yaranacaq.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, söhbət Mtaçminda bələdiyyəsinin ərazisində Koroğlu qalasından gedir. Tbilisidən Mtaçminda bələdiyyəsinin Kodjori rayonundakı Koroğlu qalasına gedən yol təmir olunduqdan sonra bu tarixi abidə turistlər üçün yeni istirahət məkanı olacaq.

Tbilisi meriyasından bildiriblər ki, Mtaçminda rayon administrasiyası və Gürcüstan Milli Turizm Administrasiyasının rəhbərləri arasında keçirilən görüşdə Koroğlu qalasına gedən yolun təmiri və qala ətrafında abadlıq işlərinin aparılması ilə bağlı məsələ artıq müzakirə olunub.

Mtaçminda administrasiyasının rəhbəri David Kirkitadze deyib ki, Kodjoridəki çox vacib və mühüm əhəmiyyətə malik tarixi, mədəni abidələrdən biri olan Koroğlu qalasının turizm obyektinə çevrilməsi ideyası Tbilisidə turizmin inkişafına təkan verəcək. Bu məqsədlə həmin istiqamətdə yol nişanları, informasiya banerləri qoyulacaq. Bu həm də ölkənin vacib kurort mərkəzlərindən olan Kodjorinin inkişafına xidmət edəcəkdir.

Məlumat üçün bildirək ki, Koroğlu qalası dəniz səviyyəsindən 1250 metr hündürlükdə yerləşir.

Bu günə qədər qalanın adı 3 dəfə dəyişib. Əvvəlcə bu tarixi abidəni Aqarani, sonra Azeula adlandırıblar. Sonunda isə bu qalanın Koroğlu qalası olduğu bildirilir.

Qalanın dəqiq nə vaxt tikildiyi də məlum deyil. Arxeoloqların fikrincə, qala VII əsrin sonları IX əsrin əvvəllərində tikilib.

float: left; width: 100%;">

Xəbər lenti