Tbilisidə "Müasir Azərbaycan nəsr antologiyası" kitabının təqdimatı olub

Tbilisidə
Kitabın© Report

Tbilisi. 11 oktyabr. REPORT. AZ/ Tbilisidə "Müasir Azərbaycan nəsr antologiyası" kitabının təqdimatı olub.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, kitabın tərcüməçisi İmir Məmmədli, redaktoru və Ön Sözün müəllifi Quram Odişariyadır.

Tədbiri Gürcüstan Yazıçılar Birliyinin (GYB) sədri Boqatır Arabuli açaraq bildirib ki, bu gün əlamətdar gündür: "Azərbaycan ədiblərinin əsərlərindən ibarət gürcü dilinə tərcümə olunmuş kitabın təqdim olunması bizim üçün çox vacibdir. Azərbaycan və gürcü yazarların əsərlərinin hər iki dilə tərcümə olunması çox yaxşı haldır və əlaqələrimizin inkişafında mühüm əhəmiyyət kəsb edir".

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, professor Afaq Məsud deyib ki, Azərbaycan və gürcü xalqları arasında əlaqələrin dərin, tarixi kökləri var: "Bu gün şair və yazıçılarımızın kitablarının tərcümə olunaraq oxuculara təqdim olunması mədəni əlaqələrimizin inkişafında mühüm rol oynayır. Tərcümə Mərkəzinin layihəsi əsasında tərcümə olunmuş bu kitabda müasir Azərbaycan ədiblərinin 30-a yaxın əsəri tərcumə olunub".

Onun sözlərinə görə, sovetlər dövründə Azərbaycan ədəbiyyatı rus dilində muəyyən məqsədlə təbliğ olunurdu: "Lakin indi ədəbiyyatımızın təbliği Azərbaycan dövlətinin siyasətinin prioritetlərindən biridir. Bu məqsədlə də Azərbaycan Prezidentinin sərəncamı ilə Tərcümə Mərkəzi yaradılıb. Mərkəzin layihəsi əsasında artiq Azərbaycan yazıçılarının əsərlərinin antologiyaları hazırlanıb. Rusiya, Türkiyə, Ukrayna və başqa ölkələrdə bu kitabların təqdimatı keçirilib. Gürcüstanda keçirilən bu tədbir xüsusilə fərqlidir. Gürcü yazarlarin da əsərləri Azərbaycan filinə tərcümə olunubvbə yaxın günlərdə Bakıda həmin kitabların təqdimatı keçiriləcək".

A.Məsud qeyd edib ki, yaxın vaxtlarda Bakıda GUAM ölkələrinin, eləcə də Türkiyə və Macarıstanın ədəbiyyat xadimlərinin iştirakı ilə beynəlxalq forum keçiriləcək.

Kitabın Ön Sözünün müəllifi, Gürcüstan baş nazirinin mədəniyyət məsələləri üzrə müşaviri Quram Odişariya çıxışında antologiyanın əhəmiyyətindən danışıb: "Bu cür kitabların yazılmasına, tərcüməsinə böyük ehtiyac var. Kitabın hazırlanmasında və ərsəyə gəlməsində göstərdiyi köməkliyə görə Nazirlər Kabineti yanında Tərcumə Mərkəzinə minnərdarlıq edirəm". 

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Fəxri Hacıyev iki ölkəiz və xalqları arasındakı dostluq əlaqələrindən danışıb: "Mədəni əlaqələrimizin inkişafında bu cür tədbirlər mühüm əhəmiyyət kəsb edir".

Kitab Gürcüstanın mərkəzi kitabxanalarına, məktəblərə də paylanacaq.

Qeyd edək ki, A.Məsuda tədbirdə GYB-nin Fəxri fərmanı təqdim olunub.  

float: left; width: 100%;">

Xəbər lenti