“Tələbələrin hər biri bizim övladımızdır” – Müsahibə

“Tələbələrin hər biri bizim övladımızdır” – Müsahibə

Azərbaycan Texniki Universitetin  müəllimi, Biotibbi   texnika kafedra müdiri, Texnika elmləri namizədi və dosenti Namiq Tahir oğlu Abdullayevlə Müsahibəni sizə təqdim edirik.

 

-Müəllimlik şərəfli və müqqədəs olmaqla bərabər həm də çətin  peşədir. Müəllim olduğunuza görə   peşman olmamısınız?

  -Bilirsiz mən əvvəllər müəllim olmaq istəmirdim. Uzun müddət elmi  işçi  işləmişəm. Daha sonradan texnika  elminə meylim yarandı.1993-cü ildən Biotibbi texnika elmi ilə məşğul olmuşam. Müəllim olduğuma görə peşman deyiləm.

 -Hər bir müəllimə tələbələri tərəfindən sevilmək nəsib olmur.   Tələbənin   qəlbinə yol tapmaq üçün nə etmək lazımdır?

         -Münasibət iki tərəfli olur.  Tələbənin qəlbinə yol tapmaq asandır. Bir insan  kimi yaxşı münasibət göstərən zaman tələbənin sizə olan münasibətidə yaxşı olur.Tələbələr də bizim övladlarımızdır.Onların hər hansı problemləri olarsa, əlimizdən gələn köməyi əsirgəməməliyik.

  -Məktəbi bitirən hər bir şagirdin əksəriyyəti təhsilini davam etdirmək istəyir.Sizin fikrinizcə bu istəyin səbəbi  diplom almaqdır  yoxsa bilik  qazanmaq ?

 -Bir mənalı deməzdim.Oxuyub Ali təhsil almaq istəyənlərlə yanaşı  sadəcə diplom almaq istəyən tələbələrdə var.

-Tələbələrin dərslərinə biganə yanaşmağında əsas səbəb  nədir?

 -Dərslərə biganə yanaşan tələbələr kifayət qədər var. Lakin səbəbin nə olduğunu tam deyə bilmərəm.Mən həmişə tələbələrimə  deyirəm ki, bu ixtisası özünüz seçimisiniz, bəs niyə dərsə biganə yanaşırsınız? Yəqin ki, dərs vəsaitlərinin kifayət qədər az olmasındadır.

 -Tələbələrin  ən çox qorxuduğu şey imtahan zamanıdır.Həyatınızda heç imtahandan qorxduğunuz vaxt olub? Tələbələrə nə məsləhət görərdiniz?

 -(Gülür).Bəli imtahandan qorxduğum vaxtlar olub. Yaxşı başa düşmədiyim fənlərin imtahanlarından qorxmuşam.Birdə hər şey müəllimin özündən asılıdır. Əgər müəllim öz fənninə maraq yarada bilirsə o zaman tələbə həmin  fənni yaxşı mənimsəyər və imtahan zamanı qorxu hissi yaranmaz.

Uzun müddət bu peşəylə məşğul olan müəllimlər tələbələrinə deyirlər ki, tələbələr çox dəyişib. Sizcə, dəyişən tələbələrdir, yoxsa zaman?

 -Hər ikisidə mövcuddur. Zamanda, tələbələrin dünyaya baxışıda dəyişilib.   Hər halda bilik əsas meyardır.

 -Nəyə görə tələbələr işsizlik problemi ilə üzləşirlər?

 - Elmi dəqiq mənimsəmədikdə işsizlik problemi yaranır.Əvvəllər təyinatla işə göndərirdilər. Amma söyləyim ki, tibb müəsisələrində savadlı mütəxəsislərə ehtiyac çox böyükdür. İşə götürən qurumların əsas tələbləri tələbələrin ilk olaraq peşəsini yaxşı bilməsi,dil bilmə üstünlüyünün,kompyuter biliklərinin olması vacib şərtdir.Əgər tələbələrdə sadaladığım potensiallar varsa həmin tələbə savadlı mütəxəssis kimi çalışa  bilər.Lakin bu cür potensiala malik olan tələbələr azdır.

 -Tələbələriniz tərəfindən sizə  ən çox ünvanlanan sual hansıdır?

-Mənə ünvanlanan sualların əksəriyyəti ixtisasla ,ədəbiyyatla bağlı olur. Çünki bizdə əsas problem Azərbaycan dilində dərs vəsaitlərinin azlığıdır.Bu səbəbdən tələbələrimiz çətinlik çəkirlər.Çox zaman müraciət edirlərki, mövzuları haradan əldə edək? Kafedramız yeni yaranıb çalışırıq ki, dərs vəsaitləri yazaq metodik vəsaitlər hazırlayaq.

 - Həqiqətənmi bu günün tələbəsi gələcəyin ziyalısıdırmı?

 -Ziyalı ağır və mənalı sözdür. Ziyalı olmaq üçün insan öz üzərində çalışmalıdır. Bu ad daxildən, ailədən gəlməlidir.Heç bir diplomla, heç bir vəsaitlə bu adı qazanmaq mümkün deyil.

 - Son olaraq tələbələrə ürək sözləriniz?

 - Azərbaycan gənclərini zirvələrdə ön sıralarda görmək istərdim. Öz savadları və ağılları ilə. Bizim gənclər heçdə xaricdə yaşayan gənclərdən geri qalmirlar.

           Təşəkkürlər.

  Günel Ağayeva.

 

 

 

Xəbər lenti