Təranə Mahmudova və Fatimə Fətəliyeva "Retro Bakı" layihəsində - FOTO

Təranə Mahmudova və Fatimə Fətəliyeva

 

Təranə Mahmudova və Fatimə Fətəliyeva "Retro Bakı" layihəsində çıxış ediblər.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin "Retro Bakı" layihəsi çərçivəsində Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə konsertlər davam edir.

Milli.Az xəbər verir ki, bu həftə keçirilən konsertlərdə tanınmış müğənni Təranə Mahmudova, rəqqasə Fatimə Fətəliyeva, gənc müğənnilər Nofəl Aslanov, Mircabbar Mirbabayev, Günel İlqarlı, Rasim Əsgərəliyev, Aynur Əliyeva, Nigar Süleymanova, Səbinə İsmayılova, Rus folklor ansamblı, "Xan" və "Banu" rəqs qrupları maraqlı çıxışlarını təqdim ediblər.

İki saat ərzində paytaxtımızın sakinləri və şəhərimizin qonaqları milli və dünya inciləri ilə zəngin rəqslərə tamaşa edib və rəngarəng musiqi nömrələrini dinləyiblər.

Qeyd edək ki, layihə tədbirləri oktyabrın ortalarınadək davam edəcək.


Xəbər lenti