"The Best" adlı möhtəşəm konsert olacaq

 

Noyabrın 19-da saat 20:00-da Bakıda Heydər Əliyev Sarayında Qriqori Lepsin "The Best" adlı möhtəşəm konserti keçiriləcək. Qriqori Leps adı böyük hərflərlə yazılan artist, uzun illərdir milyonların kumiri olan insandır. İki ildən sonra o, böyük solo-konsertlə Bakıya qayıdaraq əla musiqinin növbəti bayramını təqdim edəcək.

Milli.Az-ın məlumatına görə, konsertə biletləri evdən və ya iş yerindən ayrılmayaraq http://iticket.az/ saytında əldə etmək olar. Bu, konsertlərə və tamaşalara biletlərin Bakıda ilk dəfə tətbiq edilən ən sərfəli və rahat onlayn-alışıdır. Pulsuz çatdırılma üçün (077) 600 00 60 telefon nömrəsi ilə əlaqə saxlamaq kifayətdir.

Anşlaqlar, radioda rotasiyaların sayı üzrə və hit-paradların ilk pillələrinin rekordçusu Qriqori Leps yalnız özünəməxsus tərzdə ən yaxşı mahnılarını ifa edəcək. Qriqori Lepsin pərəstişkarları onu məhz bu tərzinə görə çox sevirlər.

Onu güclü səsə və nadir xarizmaya malik olduğuna görə də sevirlər. Qriqori Lepsi koloritli, ürəyə yol tapan səsinə görə heç kimlə səhv salmaq mümkün deyil. Onun konsertləri böyük dekorasiyaların, möhtəşəm işıq və səsin olduğu şoudur. Müğənninin çıxışı güclü kişi enerjisi ilə doludur.

Qriqori Lepsin hər bir konsertini zəngin oberton səsi, fədakarlıq, tamaşaçıya verdiyi televiziya və ya internet vasitəsilə ötürülməsi mümkün olmayan emosiyalar müşayiət edir. Onun hər bir yeni işi hadisəyə çevrilir.

Onun oxuduğu hər sətrin arxasında o qədər ehtiras, qüvvə, həyat atəşi var ki, onun mahnılarını ilk dəfə eşidən və səhnədə görən hər bir kəs bu qeyri-adi artistin pərəstişkar ordusuna qatılır. Onu canlı dinləmək lazımdır. Qriqori Lepsi "Ya yedu jit v Londone", "Samıy luçşiy den", "Vyuqa", "Ona ne tvoya" kimi superhitlərsiz səhnədən ayrılmağa imkan vermirlər! Lakin o hər dəfə sürprizlər təqdim edir...

İnformasiya dəstəyi Trend.az, Day.Az və Milli.Az

Xəbər lenti