Turistlər üçün ən təhlükəli ölkələr açıqlandı

Turistlər üçün ən təhlükəli ölkələr açıqlandı
Dünyanın ən iri tibbi və turizm şirkəti sayılan "International SOS” 2019-cu ilin "Travel Risk Map” – təhlükəli turizm xəritəsini hazırlayıb.

"Qafqazinfo” xəbər verir ki, xəritədə turistlər üçün təhlükəli ölkələrin adları açıqlanıb. Əfqanıstan, Suriya, İraq, Liviya, Nigeriya, CAR, Venesuela, Şimali Koreya, Somali, Eritreya, Yəmən, Haiti və Burkina-Faso səyahət etmək üçün əlverişli ölkələr deyil və onlar qırmızı rənglə işarələniblər.

Rusiya, Çin, Qazaxıstan, Hindistan və digər Asiya, Cənubi Amerika ölkələri isə dəyişkən təhlükəli dövlətlərdir. Ən təhlükəsiz ölkələr isə İslandiya, Norveç, İsveç və Finlandiyadır. Bu dövlətlər xəritədə yaşıl rənglə göstərilib.

Xəbər lenti