Türkiyə Ermənistanı 1915-ci il hadisələrini yenidən araşdırmağa çağırır

Türkiyə Ermənistanı 1915-ci il hadisələrini yenidən araşdırmağa çağırır

 

Ermənistan Türkiyənin 1915-ci il hadisələrini araşdırmaq üçün birgə komissiya yaratmaq haqqında çağırışına səs verməlidir.

Azeritimes.Az bildirir ki, bu barədə Trend-ə Türkiyə Prezidenti Administrasiyasından deyiblər.

Administrasiyadan qeyd ediblər ki, Almaniya Türkiyə ilə birgə komissiyanın yaradılması məsələsi üzrə Ermənistana təzyiq göstərməli idi: "Türkiyə 1915-ci il hadisələrini araşdırmaq üçün bütün arxivlərini açdı. Əgər Ermənistanın arxivləri varsa, onları açmalıdır".

Administrasiyadan əlavə ediblər ki, 1915-ci il hadisələrini araşdırmaq üçün Ermənistanın birgə komissiyanın yaradılması ilə razlaşmaması heç bir "erməni soyqırımı"nın olmadığını göstərir.

 

Xəbər lenti