Türkiyədə edam cəzası bərpa olunacaqmı?

Türkiyədə edam cəzası bərpa olunacaqmı?

Türkiyə parlamenti ölkədə edam cəzasının bərpasına dair məsələnin baxılması üçün hər hansı müzakirələr aparmayıb.

AzeriTimes.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Avropa İttifaqı işləri naziri Ömər Çelik deyib.

Onun sözlərinə görə, Türkiyə parlamenti hələ həmin məsələyə baxmağı planlaşdırmır.

Qeyd edək ki, iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhddən sonra edam cəzasının qəbul edilməsi ölkə üzrə müzakirə olunur.

Xəbər lenti