Ulu öndər Heydər Əliyevin xatirəsi Batumidə ehtiramla anılıb

Ulu öndər Heydər Əliyevin xatirəsi Batumidə ehtiramla anılıb

Tbilisi. 13 dekabr. / Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş konsulluğu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirə gününə həsr edilmiş tədbir keçirib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib, ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Baş konsul Rəşad İsmayılov tədbiri açaraq, Heydər Əliyev şəxsiyyətinin miqyasından və unikallığından, Azərbaycan-Gürcüstan münasibətlərinə verdiyi töhfədən, dahi liderin bu münasibətlərin inkişafinda əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, ulu öndərin Azərbaycan xalqı qarşısında xidmətləri əvəzsizdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqın tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev dövlətimizin parçalanmasının qarşısını alıb, ölkəmizdəki vətəndaş birliyini dünyaya nümayiş etdirib. O, həmçinin qeyd edib ki, Heydər Əliyev Azərbaycan və Gürcüstan dostluğunun memarı hesab olunur. Ulu öndər Gürcüstan ilə münasibətlərə daim xüsusi diqqət yetirib və Gürcüstanın çətin dövrlərində dost ölkə kimi gürcü xalqına qardaşlıq yardımını əsirgəməyib.

Acarıstan Muxtar Respublikasının Elm, Təhsil, İdman və Gənclər naziri İnka Şamilaşvili çıxışında ulu öndərin tarixi xidmətlərinin nəticəsi olaraq onun əziz xatirəsinin gürcü və digər dost, qədirbilən xalqlar tərəfindən daim yad edildiyini və böyük şəxsiyyət kimi Heydər Əliyev fenomeninin qəlblərdə əbədi olaraq yaşayacağını bildirib.

Anım mərasimində Acarıstan Muxtar Respublikasının təhsil, mədəniyyət və idman naziri İnqa Şamilişvili, səhiyyə və əhalinin sosial müdafiə naziri Zaal Mikeladze, Batumi şəhərinin meri Laşa Komaxidze, Türkiyə Respublikasının baş konsulu Makbule Kocak, İran İslam Respublikasının baş konsulu Hossein Maşhadi, “AcaraTV”-nin baş redaktoru Natiya Kapanadze, Batumi Dövlət Universitetinin rektoru Merab Xalvaşi, Gürcüstan Beynəlxalq Sərmayəçilər Assosiasiyasının baş katibi Osman Çalışkan, “SOCAR-Georgia” şirkətinin əməkdaşları, muxtar respublikanın ziyalıları və Azərbaycan icmasının üzvləri iştirak etdilər.

Anım mərasimi çərçivəsində Şahismayıl Səmədoğlunun müəllifi olduğu "Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı olub. Çıxış edənlər “Heydər Əliyev və Gürcüstan” kitabının gürcü versiyasının nəşrini yüksək qiymətləndirib və kitabın çoxlu oxucu kütləsinə malik olacağından əminliyini vurğulayıblar.

Tədbirin sonunda Heydər Əliyevin ömür yolundan bəhs edən fotosərgi və film nümayiş etdirilib.

float: left; width: 100%;">

Xəbər lenti