Xalq artisti əməliyyat olundu

Xalq artisti əməliyyat olundu

Xalq artisti, məşhur diktor Sabir Ələsgərli üçüncü dəfə əməliyyat olunub.

Azeritimes.Az publika.az-a istinadən bildirir ki, xəstəxanadan evə buraxılan diktor ağır əməliyyatdan sonra kəfəni yırtdığını deyib:
 
"Son 5 ayda 3 dəfə ağır əməliyyat keçirdim. Üçüncü dəfə də böyrəyimdən əməliyyat olundum. Səhhətim getdikcə pisləşirdi, qanaxmam dayanmırdı. Həkimlər üçüncü əməliyyata qərar verdilər. Ağır əməliyyat idi, həyati təhlükə ilə üz-üzə idim. Hər şey ola bilərdi, həkimlərin səyi nəticəsində sağ qaldım. Evə buraxılsam da, hər gün xəstəxanaya gedib müayinə olunmalıyam. Hələ bir müddət həkim nəzarətində olacağam".
 
Qeyd edək ki, məşhur diktor Tibb Universitetininin cərrahiyyə şöbəsində əməliyyat olunub.
 
Diktor bundan əvvəl də iki dəfə böyrəyindən əməliyyat olunub.

Xəbər lenti