Xızıda ümumilikdə 12894 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Xızıda ümumilikdə 12894 ədəd partlamamış hərbi sursat aşkarlanıb
Oktyabrın

Bakı. 20 oktyabr. / Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyiə (ANAMA) yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi ərazisində 1 ferma ərazisinə, 1 əkin sahəsinə və dəniz sahilinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.

ANAMA-dan "Report"a verilən məlumata görə, 140 ədəd partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Bununla yanaşı, daha 58 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 484 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 437 480 kv.m (43.75 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 47 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 13 ferma ərazisinə, 41 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xəttinə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilib, 12894 ədəd partlamamış hərbi sursat (PHS), 5338 ədəd partlamış-yanmış sursat qalıqları və 43 241 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 48 014 408 kv.m (4 801 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb. 

float: left; width: 100%;">

Xəbər lenti