Yaxın günlərdə Ağdərədə yeni salınmış şəhərciyə məcburi köçkünlərin köçürülməsinə başlanılacaq

Yaxın günlərdə Ağdərədə yeni salınmış şəhərciyə məcburi köçkünlərin köçürülməsinə başlanılacaq
Ərazidə© Report

Ağdərə. 12 yanvar. / Yaxın günlərdə Ağdərə rayonun işğaldan azad olunmuş ərazilərində yeni salınmış şəhərciyə məcburi köçkünlərin köçürülməsinə başlanılacaq.  

Bu barədə "Report"un Qarabağ bürosuna Ağdərə rayonunun Şıxarx qəsəbəsinin icra nümayəndəsi Mübariz Cabbarov məlumat verib. 

Onun sözlərinə görə, 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusu Talış yüksəkliyi hesabına 10 min hektarlarla torpağı düşmən tapdağından azad etdi: "Bununla da Tərtər rayonunun təmas xəttinə yaxın yerləşən kəndləri düşmən nəzarətindən uzaqlaşdırıldı. Dövlət başçısının sərəncamına əsasən, Ağdərə rayonunun Şıxarx qəsəbəsində 1170 ailəlik şəhərcik salınıb. Ən müasir üslubda tikilən şəhərciyə yaxın günlərdə bölgədə məskunlaşan məcburi köçkünlər köçürüləcək".

Qeyd edək ki, 1170 mənzilin ümumi sahəsi 88 min kvadratmetrdir. Mənzillərdən 120-si bir, 504-ü iki, 472-si üç, 80-i isə dördotaqlıdır. Mənzillərə Tərtər rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcər, Ağdam, Laçın, Cəbrayıl və Şuşa rayonlarından olan məcburi köçkünlər köçürüləcək. 50 hektarlıq torpaq sahəsində inşa edilən yeni yaşayış kompleksində zəruri infrastruktur obyektləri - məktəb, uşaq bağçası, musiqi məktəbi, inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası inşa olunub. Musiqi məktəbində siniflərin hamısı musiqi alətləri ilə təchiz olunub. 280 yerlik uşaq bağçasında da balacaların təlim-tərbiyəsi üçün hər bir şərait yaradılıb.

float: left; width: 100%;">

Xəbər lenti