Zağulba prospekti bağlanır

Zağulba prospekti bağlanır
Zağulba prospektinin bir hissəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq.
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Sfera.az-a daxil olan məlumata görə, oktyabrın 20-də saat 8-00-dan 20-00-dək Bakı şəhəri, Xəzər rayonu, Zağulba prospektinin 28-ci km-də (Mərdəkan körpüsündən Zağulba istiqamətində) yol-təmir işləri aparılacaq. 

Bu səbəbdən Zağulba istiqamətində hərəkət edən sürücülər Mərdəkan körpüsündən istifadə etməklə körpüdən sonra yol ayrıcında müvəqqəti təşkil ediləcək yol hissəsindən geriyə dönüş etməklə Zağulba istiqamətində hərəkətlərinə davam edə biləcəklər.
 

Xəbər lenti