Ziyafət Əsgərov: Xaricdə təhsil alanları burdakılardan fərqləndirmək doğru deyil

Ziyafət Əsgərov: Xaricdə təhsil alanları burdakılardan fərqləndirmək doğru deyil
Xaricdə təhsil alanları Azərbaycandakı tələbələrdən fərqləndirmək və onları daha yuxarı pilləyə qoymaq doğru deyil.
Trend-in məlumatına görə, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bildirib: "Azərbaycan təhsilini və tələbəsini bu qədər aşağılamaq olmaz. Bakı Dövlət Universiteti, ADA Universiteti, Bakı Ali Neft Məktəbi yaxşı kadrlar yetişdirir. Bəyəm onlar xaricdə oxuyanlardan əksikdirlər?”.
Vitse-spiker qeyd edib ki, xarici universitetlərdə verilən təhsil heç də qeyri-adiliyi ilə fərqlənmir: "Öz fəaliyyətimdən misal çəkə bilərəm, tələbələrimdən 22-si magistr təhslini müxtəlif xarici ölkələrdə alıblar və onların 80 faizi universiteti fərqlənmə diplomu ilə bitiriblər. Bu, onların Azərbaycanda aldıqları bakalavr təhsilinin nəticəsidir. Gəlin Azərbaycandakı universitetlərə, görün necə təhsil verirlər”.


Xəbər lenti