NATO Əfqanıstandakı sülhməramlılarının sayını artırdığına görə Azərbaycana təşəkkür edib

NATO Əfqanıstandakı sülhməramlılarının sayını artırdığına görə Azərbaycana təşəkkür edib
Qaya

Bakı. 15 yanvar. / Azərbaycanın NATO yanında Daimi Nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov NATO-nun Avropadakı Silahlı Qüvvələrinin ali komandanı, ordu generalı Körtis Skaparroti ilə görüşüb.

Nümayəndəlikdən "Report"a verilən məlumata görə, Q.Məmmədov Azərbaycanda aparılan müdafiə islahatları, NATO ilə qarşılıqlı operativ uzlaşmanın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər və regionda vəziyyət haqqında həmsöhbətinə məlumat verib.

K.Skaparroti Azərbaycan tərəfinin NATO ilə tərəfdaşlıqda əldə etdiyi tərəqqini və Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” əməliyyatına Azərbaycanın töhfəsini yüksək qiymətləndirib. NATO tərəfi Azərbaycan Prezidenti İlham Əliyevin NATO-ya 2017-ci il noyabrın 24-də səfəri zamanı verdiyi bəyanata uyğun olaraq “Qətiyyətli Dəstək” əməliyyatına əlavə qoşun göndərilməsinə görə təşəkkür ifadə edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

float: left; width: 100%;">

Xəbər lenti