Prezident İlham Əliyev Bakı Paylayıcı Şəbəkəsinin yarımstansiyalarının açılışında iştirak edib

Prezident İlham Əliyev Bakı Paylayıcı Şəbəkəsinin yarımstansiyalarının açılışında iştirak edib

Bakı. 17 yanvar. / Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin paytaxtın Xətai rayonunda yerləşən Bakı Paylayıcı Şəbəkəsinin inzibati binasının, 220 saylı yarımstansiyasının, 110 kV-luq “Yasamal 1” yarımstansiyasının, 110 kV-luq “Qobu” yarımstansiyasının və 120 saylı yarımstansiyanın açılışında iştirak edib.

"Report" xəbər verir ki, dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsib.

“Azərişıq” ASC-nin sədri Baba Rzayev Prezident İlham Əliyevə inzibati bina və yarımstansiyalar haqqında məlumat verib.

float: left; width: 100%;">

Xəbər lenti