Rusiyada federasiya prezidenti istefa verdi

Rusiyada federasiya prezidenti istefa verdi

 

Rusiya Ağır Atletika Federasiyasının (RAAF) prezidenti Sergey Sırtsov istefa verib.

Azeritimes.Az report-a istinadən xəbər verir ki, qurumun rəhbəri səlahiyyətlərini Maksim Aqatipov icra edəcək.

Sırtsov qərarını belə izah edib: "Baş verənlərlə əlaqədar kimsə cavab verməlidir. Bu addımı mən atdım".

İyulun 29-da Beynəlxalq Ağırlıqqaldırma Federasiyası rusiyalı atletləri 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirakdan kənarlaşdırıb. Bu, antidopinq qaydalarındakı çoxsaylı pozuntularla əlaqədar olub. Eyni cəza Azərbaycan ağırlıqqaldıranlarına da tətbiq olunub.

Qeyd edək ki, Sergey Sırtsov RAAF-a 2010-cu ildən rəhbərlik edirdi. Quruma yeni prezident seçkisi sentyabrın 29-da keçiriləcək.  

Xəbər lenti